Quba Dövlət Sosial İqtisad Kollecində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

 
ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova Quba Dövlət Sosial İqtisad Kollecində ilk həmkarlar təşkilatının təşəbbüsü ilə 5 oktyabr - Beynəlxalq Müəllim Günü münasibətilə təşkil edilən tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən İ.İsrailova Azərbaycan müəllimlərinin fədakar əməyindən, cəmiyyətimizin və dövlətimizin inkişafında rolundan, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən, həmçinin təhsil sahəsinə dövlətimizin xüsusi diqqətindən bəhs edib.
Digər çıxış edənlər müəllimləri təbrik edib, onların şərəfli fəaliyyətindən söz açıblar.
Sonda kollecin müəllimələri, fəal gənc həmkar üzvləri - Xəyalə Babayeva, Gülmirə Əlibəyova, Qətibə Sultanova və Sevinc Kərimova həmkarlar ittifaqları tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanla mükafatlandırılıb.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo