Qubada “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi mükafatlandırılıb
 
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şagirdlər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində Quba şəhər T.Mikayılova adına məktəbin 11-ci sinif şagirdi Afət Rəhimova qalib olub.
Bu münasibətlə o, ATİAHİ Quba rayon komitəsi tərəfindən 200 manat pulla mükafatlandırılıb.
Görüşdə rayon komitəsinin sədri İradə İsrailova Gülnarı təbrik edib, ona gələcək fəaliyyətində və təhsil sahəsində uğurlar arzulayıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo