Qubada məktəb direktoru təltif edilib
İyunun 6-da Quba rayonunun Tülər kənd ümumorta məktəbinin direktoru Məhəmməd Şirinovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

ATİAHİ Quba rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə M.Şirinovun mənalı ömür yolundan, şərəfli pedaqoji fəaliyyətindən, müəllim adını hər zaman yüksəltməsindən, yetirmələrinin nailiyyətlərindən, rayon təhsilinin inkişafındakı xidmətlərindən danışılıb.

M.Şirinov ona göstərilən diqqət və qayğıya görə, təşəkkür edib və bundan sonra da rayon təhsilinin inkişafı üçün çalışacağını, öz zəngin təcrübəsini gənc pedaqoqlarla bölüşəcəyini qeyd edib. Sonda yubliyara Quba rayon komitəsinin adından Fəxri fərman və pul mükafatı verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo