Qubada məktəb direktorunun ad günü qeyd olunub

Martın 16-da Quba şəhər 2 saylı təbiət fənnləri təmayüllü liseyin direktoru Eynulla Camalovun 65 yaşının tamam olması münasibətilə tədbir keçirilib. 
 
ATİAHİ Quba rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə komitənin sədri İradə İsrailova yubilyarı təbrik edib, müəllim və təhsil ocağının rəhbəri kimi uzunmüddətli fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, E.Camalov rayon təhsilinin inkişafında, gənc nəslin yetişməsində müstəsna xidmətlər göstərib və bu yolda ömrünü xərcləyib.
Sonda E.Camalova qiymətli hədiyyələr təqdim olunub. Göstərilən diqqətə görə, ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə və tədbirin təşkilatçılarına təşəkkür edib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo