Qubada müəllimlər mükafatlandırılıb

ATİAHİ Quba rayon komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar göstəriciləri yüksək olan müəllimlər mükafatlandırılıb.
Belə ki, Quba şəhər 2 №-li təbiət təmayüllü məktəb-liseyin müəllimləri - Aliyə Yusifova, Sevinc Mirzəyeva, Fatimə Qarayevaya Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Təltif olunan müəllimlər onlara göstərilən diqqətdən razı qaldıqlarını bildirib, bunun üçün Azərbaycan həmkarlar ittifaqlarına təşəkkür ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo