Qubada “Nə? Harada? Nə zaman?” yarışmasının qalibləri mükafatlandırılıb
Mayın 18-də Quba rayonunda “2022-ci il - Şuşa ili” çərçivəsində təhsil müəssisələri arasında keçirilən “Nə? Harada? Nə zaman?” bilik yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
ATİAHİ Quba rayon komitəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışmanın qalibləri Quba şəhər Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin komandası (I yer), Alekseyevka kənd tam orta məktəbin komandası (II yer) və Barlı qəsəbə tam orta məktəbin komandası (III yer) olublar.
Qalib komandalara müxtəlif hədiyyələr təqdim olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo