Qubada Novruz bayramı münasibətilə tədbir keçirilib

Quba rayonunun Qaraçay kənd tam orta məktəbində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
Məktəbin həmkarlar təşkilatı tərəfindən təşkil olunan tədbirdə təhsil ocağında çalışan müəllimlər iştirak ediblər.
Bayram şənliyində iştirak edən ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova iştirakçıları təbrik edib, onlara xoş və firəvan həyat arzulayıb. Bildirib ki, son iki ildir biz bayramı tam fərqli əhval-ruhiyyədə qeyd edirik: “Əvvəllər bayramı nə qədər şən keçirməyə çalışırdıqsa, yenə də üzümüzdə bir kədər var idi. Çünki torpaqlarımız işğal altında idi. Amma ikinci ildir ki, biz bu bayramı daha şən və xoşbəxt şəkildə keçiririk. Artıq Şərqi Zəngəzur və Qarabağ işğalçılardan təmizlənib, şəhidlərimizin qisası alınıb. Biz ən böyük arzumuza çatmışıq. Ona görə də hər birimiz Bahar bayramını sevinc dolu təbəssümlə qarşılayırıq”.
Daha sonra çıxış edənlər Novruz adət-ənənələrindən və bayramın əhəmiyyətindən danışıblar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo