Qubada şəhid anasına maddi-mənəvi dəstək göstərilib

ATİAHİ Quba rayon komitəsi şəhid ailələrinə və qazilərə, həmçinin veteranlara xüsusi diqqət göstərir, bayramlarda, digər əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır. Sentyabrın 9-da ənənəsinə sadiq qalaraq rayon komitəsi Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Mehrab Niftəliyevin anası Xalidə Niftəliyevaya pul mükafatı təqdim edib.
Qeyd edək ki, Xalidə Niftəliyeva ATİAHİ Respublika Komitəsi tərəfindən də mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo