Qubada “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də Quba rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. ATİAHİ Quba rayon komitəsinin üzvləri tədbirlərdə iştirak ediblər. Rayon komitəsinin sədri İradə İsrailova Amsar kənd tam orta məktəbində təşkil olunan “Son zəng” tədbirinə qatılıb. O, tədbirdə məktəbin fəal müəllimi Ruhəngiz Məmmədovaya və məktəbin direktoru Habil Bayramlıya rayon komitəsi adından pul mükafatı, hədiyyə və fəxri fərman təqdim edib.
Həmçinin İ.İsrailova şəhid Mehrab Niftəliyev adına Quba Texniki Təmayüllü Liseydə “Son zəng” tədbirində iştirak edib, fənn olimpiadasında qızıl medal qazanmış XI sinif şagirdi Polad Atayevə və gümüş medal qazanmış Etibar Cəmiyevə qiymətli hədiyyələr verib. Eyni zamanda onların müəllimləri – Elmar Zeynəddinov və Gülzar Əyyubovaya pul mükafatı təqdim edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo