Qubada təcrübəli müəllimlər mükafatlandırılıb

Sentyabrın 20-də ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova yeni tədris ilinin başlanması ilə əlaqədar  rayonun Mirzəqışlaq tam orta məktəbinin kollektivi ilə görüş keçirib.
Görüşdə məktəbin 65 yaşı tamam olmuş müəllimləri – Hüri Məmmədova və Səfurə Məmmədova rayon komitəsi tərəfindən fəxri fərmanla təltif edilib və onlara pul mükafatı verilib. Həmçinin məktəbin ilk həmkarlar ittifaqının sədri Elnur Məmmədov qurumun işində göstərdiyi fəallığa görə fəxri fərmanla təltif olunub.
WhatsApp Image 2022-09-28 at 10.06.43 (1).jpeg 83.64 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo