Qubada təcrübəli pedaqoqların yubiley tədbiri keçirilib

Mayın 5-də Quba rayonunun Qımıl-Qazma kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, ilk həmkarlar təşkilatının sədri Fikrət Babayevin 65 illik yubileyi keçirilib. ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova tədbirdə iştirak edib. Yubliyarı təbrik edən İ.İsrailova onun həm nümunəvi pedaqoji fəaliyyətindən, həm də həmkarlar təşkilatındakı səmərəli işindən bəhs edib. Bildirib ki, məhz Fikrət müəllim kimi fədakar ziyalıların əməyi sayəsində Azərbaycan təhsili günü-gündən inkişaf edir, yetişməkdə olan gənc nəsil ölkəmizin ali məktəbləri ilə yanaşı, dünyanın tanınmış universitetlərində də təhsil alır və səsləri dünyanın məşhur elmi mərkəzlərindən gəlir.
F.Babayevi təbrik edən İ.İsrailova ona həmkar təşkilatının Fəxri fərmanını və hədiyyəsini təqdim edib.
Bundan başqa, İ.İsrailova rayonun II Nügədi 1 №-li tam orta məktəbinin direktoru Şəhla Səlimovanın 65 illik yubiley tədbirində iştirak edib. Onu təbrik edən komitə sədri uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə, Ş.Səlimovanı Fəxri fərmanla təltif edərək qiymətli hədiyyələr təqdim edib.
 
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo