Qubada yüksək nəticə göstərmiş abituriyentlərlə görüş keçirilib

Sentyabrın 8-də ATİAHİ Quba rayon komitəsi və Quba-Xaçmaz Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə rayonu üzrə bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirilib.
Görüşdə rayonda təhsilin inkişafından, gənclərin təhsilə artan marağından, ölkəmizdə təhsilin səviyyəsindən, bu istiqamətdə həyata keçirilən islahatların uğurlu nəticələrindən bəhs olunub.
Sonda rayon komitəsinin sədri İradə İsrailova tərəfindən 600-dən yuxarı bal toplayan abituriyentlərə hədiyyələr və pul mükafatı təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo