Qubada “Son zəng” tədbirləri keçirilib

Qubada “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də Quba rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. ATİAHİ Quba rayon komitəsinin üzvləri tədbirlərdə iştirak ediblər. Rayon komitəsinin sədri İradə İsrailova Amsar kənd tam orta məktəbində təşkil olunan “Son zəng” tədbirinə qatılıb. O, tədbirdə məktəbin fəal müəllimi Ruhəngiz Məmmədovaya və məktəbin direktoru Habil Bayramlıya rayon komitəsi adından pul mükafatı, hədiyyə və fəxri fərman təqdim edib.Həmçinin İ.İsrailova şəhid Mehrab Niftəliyev adına Quba Texniki Təmayüllü Liseydə “Son zəng” tədbirində iştirak edib, fənn olimpiadasında qızıl medal qazanmış XI sinif şagirdi Polad Atayevə və gümüş medal qazanmış Etibar Cəmiyevə qiymətli hədiyyələr verib. Eyni zamanda onların müəllimləri – Elmar Zeynəddinov və Gülzar Əyyubovaya pul mükafatı təqdim edilib.qubattl.jpeg 395.59 KBqubatexnikitl.jpeg 436.56 KBQuba TExniki temayulli.jpg 162.91 KBamsarr.jpeg 282.54 KBAmsar.jpeg 155.49 KBamasar.jpeg 158.32 KB

20.06.2022

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Gəncə və Şəki şəhərlərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimlərində rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov və AHİK-in Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev çıxış ediblər. Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8584.JPG 6.18 MBIMG_8590.JPG 6.7 MBIMG_8604.JPG 6.2 MBIMG_8614.JPG 6.22 MBIMG_8633.JPG 6.71 MBIMG_8599.JPG 6.88 MB

16.06.2022

Qubada məktəb direktoru təltif edilib

Qubada məktəb direktoru təltif edilib

İyunun 6-da Quba rayonunun Tülər kənd ümumorta məktəbinin direktoru Məhəmməd Şirinovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.ATİAHİ Quba rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə M.Şirinovun mənalı ömür yolundan, şərəfli pedaqoji fəaliyyətindən, müəllim adını hər zaman yüksəltməsindən, yetirmələrinin nailiyyətlərindən, rayon təhsilinin inkişafındakı xidmətlərindən danışılıb.M.Şirinov ona göstərilən diqqət və qayğıya görə, təşəkkür edib və bundan sonra da rayon təhsilinin inkişafı üçün çalışacağını, öz zəngin təcrübəsini gənc pedaqoqlarla bölüşəcəyini qeyd edib. Sonda yubliyara Quba rayon komitəsinin adından Fəxri fərman və pul mükafatı verilib.

16.06.2022

Qubada “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi mükafatlandırılıb

Qubada “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi mükafatlandırılıb

 Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şagirdlər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində Quba şəhər T.Mikayılova adına məktəbin 11-ci sinif şagirdi Afət Rəhimova qalib olub.Bu münasibətlə o, ATİAHİ Quba rayon komitəsi tərəfindən 200 manat pulla mükafatlandırılıb.Görüşdə rayon komitəsinin sədri İradə İsrailova Gülnarı təbrik edib, ona gələcək fəaliyyətində və təhsil sahəsində uğurlar arzulayıb.IMG-20220610-WA0004.jpg 63.56 KBIMG-20220610-WA0005.jpg 81.67 KB

16.06.2022

AHİK-in yay mövsümü ilə əlaqədar müraciəti

AHİK-in yay mövsümü ilə əlaqədar müraciəti

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sahə həmkarlar ittifaqı respublika komitələrinin (federasiyaların) və üzv təşkilatların rəhbərlərinə müraciət ünvanlayıb.Müraciətdə deyilir:Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinə əsaslanaraq tövsiyə edirik ki, yay mövsümünün başlanması ilə əlaqədar havanın hərarəti 41 dərəcəni keçərsə, xidmət dairənizdə olan müəssisə və təşkilatlarda açıq havada işlərin dayandırılmasına nəzarət edəsiniz. Həmçinin günvurma hallarının baş verməməsi üçün qabaqlayıcı profilaktik tədbirlərin görülməsi vacib hesab olunur. Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

06.06.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin 28 May – Müstəqillik Günü münasibətilə təbriki

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin 28 May – Müstəqillik Günü münasibətilə təbriki

“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, xoş günlər və sevgi, Vətənimizə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm.Xalqımız 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.Bu Respublika az ömür yaşasa da, onun təfəkkürlərdə bərqərar etdiyi müstəqillik ideyası yaddaşlardan silinmədi. Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti yenidən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq edərək Vətən göylərinə qaldırdı. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının qəlbinin dərinliyində qoruyub saxladığı müstəqillik arzusu yenidən reallaşdı. Bu gün müstəqil Azərbaycan tarixinin ən inkişaf etmiş şanlı dövrünü yaşayır, müdrik xalqımızın xoşbəxt həyatı təmin olunub.Xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük və parlaq gələcəyə doğru inamla irəliləməkdədir. İnanırıq ki, birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək.Mən bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Qalib Azərbaycanın Qalib vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.Bayramınız mübarək olsun”.

28.05.2022

Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib

Müstəqillik Günü münasibətilə AHİK-də tədbir keçirilib

Mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədrinin birinci müavini İlyas Əliyev 1918-ci il mayın 28-də xalqımız tərəfindən qurulan müsəlman Şərqinin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, gördüyü işlərdən, xalqımızın həyatında oynadığı rolundan bəhs edib.Onun sözlərinə görə, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olub: “Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər, tolerant, birgəyaşayış dəyərlərinə sədaqətinin dərin köklərini göstərir. Cümhuriyyət dönəmindəki şərəfli addımlardan biri də qadınlara şərqdə ilk dəfə səsvermə hüququnun verilməsi olub. Bu, ölkədə gender bərabərliyinin təmin olunmasının parlaq əlaməti idi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdi. Dövlətin əsas atributları – bayraq, himn və gerb yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.İ.Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hərbi müdaxilə səbəbindən süqut etdiyi üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilməsə də, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı: “Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq etdi. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının müstəqillik arzusu həyata keçdi. Müstəqilliyin ilk illərində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ulu Öndər Heydər Əliyevin xalqın köməyinə yetişməsi müstəqilliyimizin başını almış təhlükəni aradan qaldırdı və Azərbaycanın xoşbəxt gələcəyinin əsası qoyuldu”.“Bu gün Azərbaycan müstəqillik tarixinin ən şanlı dövrünü yaşayır, bütün sahələrdə dayanıqlı inkişaf bərqərar olub, hər bir Azərbaycan vətəndaşının xoşbəxt yaşaması üçün ölkəmizdə bütün imkanlar mövcuddur. Bütün uğurlarımızın, qələbələrimizin kökündə xalqımızın vahidliyi, birliyi dayanıb. Məhz bu birlik bizi qələbədən-qələbəyə daşıyıb”, – deyən AHİK sədrinin müavini əlavə edib ki, bu gün xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük zirvələrə doğru inamla irəliləməkdədir: “İnanırıq ki, bu birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək”. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-21.jpg 77.72 KB2-15.jpg 174.91 KB3-13.jpg 98.05 KB4-12.jpg 146.23 KB

27.05.2022

Qubada “Nə? Harada? Nə zaman?” yarışmasının qalibləri mükafatlandırılıb

Qubada “Nə? Harada? Nə zaman?” yarışmasının qalibləri mükafatlandırılıb

Mayın 18-də Quba rayonunda “2022-ci il - Şuşa ili” çərçivəsində təhsil müəssisələri arasında keçirilən “Nə? Harada? Nə zaman?” bilik yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.ATİAHİ Quba rayon komitəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışmanın qalibləri Quba şəhər Mehrab Niftəliyev adına Texniki təmayüllü liseyin komandası (I yer), Alekseyevka kənd tam orta məktəbin komandası (II yer) və Barlı qəsəbə tam orta məktəbin komandası (III yer) olublar.Qalib komandalara müxtəlif hədiyyələr təqdim olunub. 1ci yer.jpg 146.14 KB1652864112200.jpg 132.01 KB1652864112229.jpg 151.68 KB1652864112297.jpg 124.27 KB1652864112339.jpg 140.48 KBAlekseyevka2-ci yer.jpg 136.89 KB

20.05.2022

Qubada təhsil işçisi təltif olunub

Qubada təhsil işçisi təltif olunub

Quba rayonunun İsaak Xanukov adına Qırmızı Qəsəbə 1 №-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevil Hüseynovanın 60 yaşı tamam olub. Bu münasibətlə mayın 12-də ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova yubilyarı təbrik edib, ona həyatında və pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Həmçinin S.Hüseynovaya həmkarlar təşkilatının Fəxri fərmanı və qiymətli hədiyyələri təqdim edilib. 1652361316890.jpg 59.93 KB1652361316879.jpg 75.77 KB

13.05.2022

AHİK Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırıb

AHİK Vətən müharibəsi qaziləri və veteranları mükafatlandırıb

İkinci Qarabağ müharibəsindəki tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Azərbaycan dövləti Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub və bu qayğı sistemli xarakter daşımaqdadır.Ölkəmizin ictimai təşkilatları, o cümlədən Azərbaycan həmkarlar ittifaqları da dövlətimizin bu cür nəcib missiyalarını hər zaman dəstəkləyir, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi qayğı ilə yanaşır.Məlumat verildiyi kimi, mayın 11-də AHİK-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.“İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Həmin gənclərin arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteran oğullarımız da var.Mükafatlandırılan Vətən müharibəsi qaziləri və iştirakçıları aşağıdakılardır:İkinci Qarabağ müharibəsi iştirakçısı, hava gəmisinin II pilotu Əlili Əzim Vəli oğlu“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmiş rəngsaz Fərmanov Elməddin Namiq oğluVətən müharibəsi iştirakçısı, böyük usta Piriyev Şəhriyar Məcnun oğluCəbrayıl və Zəngilan rayonlarında gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə medallarla və “Fəxri Fərman” ilə təltif olunmuş 2-ci dərəcəli cilalayıcı Rəhimli Murad Müzəffər oğlu“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmiş həkim İsmayılov Eldar Mehman oğluFüzulinin, Xocəvəndin, Qubadlının, Şuşanının azad olunmasına görə medalları ilə təltif olunmuş fiziki tərbiyə müəllimi Həsənov Elgün Ələsgər oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Bəhramlı Faris İbrahim oğluVətən müharibəsi iştirakçısı, təşkilatçı-direktor müavini Səfərov Ağa Sərdar oğluVətən müharibəsi iştirakçısı müəllim Qasımov Əziz Vəzir oğlu“Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş informatika müəllimi Səlimov Elvin Zahid oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş proqramçı Babayev Təhmin İntiqam oğluII Qarabağ müharibəsi qazisi, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş elektrik montyoru Xankişiyev Elnur Əlağa oğlu AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiE21A2414.jpg 154.47 KBE21A2416.jpg 175.93 KBE21A2422.jpg 168.88 KBE21A2423.jpg 125.81 KBE21A2425.jpg 160.22 KBE21A2427.jpg 163.84 KBE21A2429 (1).jpg 148.85 KBE21A2429.jpg 148.85 KBE21A2433.jpg 116.94 KBE21A2434-1.jpg 184.08 KBE21A2436.jpg 178.51 KBE21A2464.jpg 221.92 KBE21A2468.jpg 230.96 KB

12.05.2022

AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib

AHİK-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib

Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi”.“Hələ 1969-cu ildə Respublika rəhbəri təyin edilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycanı digər SSRİ respublikaları arasında önə çıxarmağı bacardı. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur”, – AHİK sədri bildirib.“Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Heydər Əliyevin müstəsna xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi”, – S.Möhbalıyev vurğulayıb.“Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmlənməsində, onun sıralarının genişlənməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında Ulu Öndərin əvəzsiz xidmətləri var. Hələ Sovet İttifaqı dövründə həmkarlar ittifaqlarına daim diqqət və qayğı ilə yanaşırdı. Həmin dövrdə o, Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir. Xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gətirilən Ulu Öndərin Prezident seçilməsindən cəmi bir il sonra – 1994-cü ildə bilavasitə onun təşəbbüsü və nəzarəti altında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bütün bunlar Heydər Əliyevin həmkar ittifaqlarına göstərdiyi dövlət qayğısının nümunəsidir”, – S.Möhbalıyev deyib.Konfederasiya sədri ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişafını, sürətli tərəqqisini, doğma Vətənimizin dünyaya yeni formada təqdim edilməsini Ulu Öndərin müəyyənləşdirdiyi yolun layiqli davamı kimi dəyərləndirib: “44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Ermənistanın 30 illik işğalına son qoyuldu, məğlubiyyət damğası birdəfəlik üzərimizdən götürüldü, yeganə ağrılı problemimiz həllini tapdı. Azərbaycan döyüş meydanında yalnız Ermənistanı cəzalandırmadı, həm də onilliklər boyunca xalqımız barədə dünyada mənfi obrazlar yaratmağa çalışan dünya erməniliyinə böyük zərbə vurdu. Ermənistan ordusunun gücü, erməni əsgərinin döyüş əzmi barədə uydurulmuş mif bir neçə gündə darmadağın edildi”.S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müzəffər davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 100.37 KB3-2.jpg 104.34 KB4-1.jpg 77.39 KB5-1.jpg 171.11 KBmanset-1.jpg 140.31 KB

06.05.2022

Qubada təhsil işçiləri arasında şahmat yarışı keçirilib

Qubada təhsil işçiləri arasında şahmat yarışı keçirilib

Mayın 6-da Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə şahmat turniri keçirilib. Təhsil işçiləri arasında baş tutan yarış ATİAHİ Quba rayon komitəsi tərəfindən təşkil olunub.Öncə Ulu Öndərin siyasi fəaliyyəti, dövlətçilik tarixindəki xidmətləri barədə çıxışlar edilib. Bildirilib ki, Heydər Əliyevin ikikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, Ordu gücləndirildi. Vurğulanıb ki, Ulu Öndərin təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərinin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi.Qeyd olunub ki, bugünkü xoşbəxt Azərbaycanın əldə etdiyi bütün uğurların təməli Heydər Əliyev tərəfindən qoyulub.Ardınca turnirə start verilib. Gərgin və maraqlı keçən yarış hakim Fidan Hafizova tərəfindən idarə olunub. Yarışın nəticəsi olaraq I yeri Həzrət Orucov, II yeri Ağatalıb Misirxanov, III yeri isə Yalçın Rəhimov qazanıb.Qaliblər ATİAHİ Quba rayon komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.20220506_095748.jpg 2.34 MB20220506_100232(0).jpg 2.7 MB20220506_100326(0).jpg 2.72 MB

06.05.2022

Qubada təcrübəli pedaqoqların yubiley tədbiri keçirilib

Qubada təcrübəli pedaqoqların yubiley tədbiri keçirilib

Mayın 5-də Quba rayonunun Qımıl-Qazma kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, ilk həmkarlar təşkilatının sədri Fikrət Babayevin 65 illik yubileyi keçirilib. ATİAHİ Quba rayon komitəsinin sədri İradə İsrailova tədbirdə iştirak edib. Yubliyarı təbrik edən İ.İsrailova onun həm nümunəvi pedaqoji fəaliyyətindən, həm də həmkarlar təşkilatındakı səmərəli işindən bəhs edib. Bildirib ki, məhz Fikrət müəllim kimi fədakar ziyalıların əməyi sayəsində Azərbaycan təhsili günü-gündən inkişaf edir, yetişməkdə olan gənc nəsil ölkəmizin ali məktəbləri ilə yanaşı, dünyanın tanınmış universitetlərində də təhsil alır və səsləri dünyanın məşhur elmi mərkəzlərindən gəlir.F.Babayevi təbrik edən İ.İsrailova ona həmkar təşkilatının Fəxri fərmanını və hədiyyəsini təqdim edib.Bundan başqa, İ.İsrailova rayonun II Nügədi 1 №-li tam orta məktəbinin direktoru Şəhla Səlimovanın 65 illik yubiley tədbirində iştirak edib. Onu təbrik edən komitə sədri uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə, Ş.Səlimovanı Fəxri fərmanla təltif edərək qiymətli hədiyyələr təqdim edib.DSCF4366.JPG 733.14 KBDSCF4365.JPG 846.33 KBDSCF4359.JPG 750.43 KBDSCF4351.JPG 785.42 KB   

05.05.2022

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.S.Möhbalıyev çıxışında dövlətçiliyin, müstəqilliyin daha da möhkəmlənməsində, gələcəyin etibarlı təminatında intellektual səviyyəli potensial kadrların hazırlanmasının, onların aparıcı qüvvəyə çevrilməsinin vacib olduğunu bildirib: “Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. İstedadlı şagird və tələbələrin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verildi, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açıldı, istedadlı uşaq və gənclərə hər zaman diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi”.AHİK sədri qeyd edib ki, Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahəyə ciddi fikir verirdi: “Təsadüfi deyil ki, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı. Həmçinin bu illərdə hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildi”.Milli Məclisin deputatının sözlərinə görə, Ümummilli Liderin təhsillə bağlı siyasəti dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir: “Bu sahədə ardıcıl olaraq həyata keçirilən effektli islahatlar, hər cür şəraiti olan yeni məktəblərin tikilməsi, müasir maddi-texniki bazalarla təminat bunlara əyani sübutdur”.“Belə bir müsabiqənin təşkil edilməsi Ulu Öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu Öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar”, – Konfederasiya sədri əlavə edib.Mərasimdə I yerə layiq görülmüş şagirdlərdən Bakı şəhəri 83 nömrəli məktəb-liseyin XI sinif şagirdi Altay Əlinin təqdimatı nümayiş olunub.Daha sonra müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.TN.jpg 187.91 KBTN1.jpg 89.5 KBTN2.jpg 136.22 KBTN3.jpg 147.36 KB

04.05.2022

Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir

Hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir

Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Beynəlxalq Əmək Təşkilatı tərəfindən müəyyən olunmuş 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, ƏƏSMN-in Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirdə çıxış edən S.Möhbalıyev ötən il ölkəmizin artan iqtisadi göstəriciləri, əldə olunmuş nailiyyətlər, Şərqi Zəngəzurda və Qarabağda aparılan sürətli abadlıq-quruculuq işlərindən, həmin ərazilərin iqtisadi potensialından və biznes imkanlarından söz açıb.AHİK-lə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əmək, əmək münasibətləri, əmək hüququ, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daim genişlənməsi ilə müşahidə olunan fəal əlaqələrin yaradıldığını qeyd edən S.Möhbalıyev respublikamızda BƏT-in 58 Konvensiyasının ratifikasiyasının olunduğunu, konvensiyaların tələblərinin respublikamızın Əmək, Mülki, Cinayət Prosessual, İnzibati Xətalar Məcəllələrində öz əksini tapdığını deyib: “BƏT-nin məlumatına görə, hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir. Bunun nəticəsində 160 milyon nəfər xəsarət alır və peşə xəstəliyinə tutulur, 2,34 milyon nəfər həlak olur. Hər gün istehsalatda baş verən bədbəxt hadisələr və xəstələnmələr nəticəsində 6400 adam həlak olur. Müxtəlif xəstəliklərdən ölənlərin sayı 2017-ci ildə 1,7-2,0 milyon nəfər olub. MDB üzrə statistik məlumatlara əsasən, hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2 min insan həlak olur. Dünya iqtisadiyyatı 2,8 trilyon ABŞ dolları dəyərində və ya dünyada istehsal olunan Ümum Daxili Məhsulun 4%-i həcmində itkiyə məruz qalır”.“Beynəlxalq Əmək Təşkilatı 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Gününü – “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyə edib. 2022-ci ilin əsas mövzusu sosial dialoqun əhəmiyyəti və iş yerində müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına bütün maraqlı tərəflərin cəlb edilməsidir. Həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, iş yerlərində əmək şəraitinin yaxşılaşdırması istiqamətində ciddi fəaliyyət göstəriblər. 2021-ci il ərzində onlar 175 müəssisə və təşkilatda ictimai müayinə işi aparıb, 692 pozuntu aşkar edib, onların 90 %-nin aradan qaldırılmasına nail olublar. Nəticədə 169 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 507 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə 2021-ci il ərzində xəsarət alanların sayı 27,2 % artaraq 99 əvəzinə 126 nəfər, bədbəxt hadisədən ölənlərin sayı 26 % azalaraq 23 əvəzinə 17 nəfər olub. Həmkarlar ittifaqının fəaliyyət göstərdiyi müəssisələrdə xəsarət alanların sayının artması əsasən işəgötürənlərin və iş icraçılarının işçiləri təlimatlandırmaması, biliklərinin yoxlanmaması, praktiki fəaliyyətlərində öz vəzifə funksiyalarını yerinə yetirməmələri və beləliklə də, bədbəxt hadisələrə yol açmaları bilavasitə norma və qaydalara əməl etməmələri ilə birbaşa əlaqəlidir”, – AHİK sədri bildirib.Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 12 əməyin mühafizəsi kabineti və 346 güşə yaradılmasını, bununla da kabinetlərin sayının 81-ə, guşələrin sayının isə 738-ə çatdığını deyən S.Möhbalıyev AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirildiyini bildirib: “Ötən dövr ərzində bu tədbirə 16 498 müəssisə və təşkilat qatılıb, onlardan 481-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb: “2021-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmək üçün 1960-dan artıq müəssisə, təşkilat,  sex və  sahədən 167 müəssisənin sənədi daxil olub. Müsabiqə Komissiyasının iclasında daxil olmuş sənədlərin hamısı müzakirə edilib yekdil qərarla 48 müəssisə, təşkilat, sex və sahənin yüksək göstəriciləri müəyyən edilib, İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilib və onlarda müsabiqənin qalibi elan olunub. Müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 143, əməyin mühafizəsi komissiyalarının 115 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 26 mübahisəli məsələ həll edilib və həmin məsələlərin yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə araşdırılmasına ehtiyac qalmayıb”.Çıxışının sonunda S.Möhbalıyev müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə tədbir iştirakçıları adından və öz adından təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasından və bu sahədə qarşıda duran vəzifələrdən danışıb.Daha sonra çıxış edənlər – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov əməyin mühafizəsi sahəsində ölkəmizdə görülən işlərdən, bu istiqamətdə sahibkarların üzərinə düşən vəzifələrdən, qurumların bu sahəyə nəzarət mexanizmlərindən bəhs ediblər.Tədbirin sonunda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasını və 22 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsimanset-3.jpg 103.26 KB2-5.jpg 152.81 KB3-4.jpg 58.22 KB4-3.jpg 269.09 KB5-3.jpg 73.05 KB6-2.jpg 91.13 KB

27.04.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo